Türkiyədə azərbaycanlı qadın öldürülüb 

Avanos, qətl baş verən ev

© APA | Avanos, qətl baş verən ev

# 19 sentyabr 2021 12:16 (UTC +04:00)

Türkiyədə 53 yaşlı azərbaycanlı qadının tanışı tərəfindən qətlə yetirildiyi üzə çıxıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə sentyabrın 17-dən 18-nə keçən gecə Nevşehirin Avanos rayonunda baş verib.

İki uşaq anası Təranə Yaman evinə getdiyi 67 yaşlı tanışı Duran Aşar tərəfindən öldürülüb. Duran Aşar Təranə Yamana tüfənglə atəş açıb. Daha sonra Duran Aşarın Kayseriyə getdiyi, özünü qatarın altına ataraq intihar etdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR