Türkiyədə baş verən zəlzələdə 1 nəfər xəsarət alıb, dağıntılar var - FOTO - YENİLƏNİB

Türkiyədə baş verən zəlzələdə 1 nəfər xəsarət alıb, dağıntılar var - FOTO  - YENİLƏNİB
# 09 noyabr 2021 01:52 (UTC +04:00)

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Konyada baş verən zəlzələdə bir nəfərin xəsarət aldığını bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazir sosial şəbəkədə paylaşım edib.

Konya Büyükşəhər Bələdiyyə sədri Uğur İbrahim Altay az sayda dağıntıların olduğunu bildirib.

Türkiyənin şəhərsalma, arxitektura və iqlim dəyişikliyi naziri Murat Kurum isə prosesin nəzarətdə saxlandığını deyib.

Qeyd edək ki, bu gün yerli vaxtla 20:43-də Konyanın Meram rayonunda 5.1 bal gücündə zəlzələ olub.

***

22:00

Türkiyənin Konya vilayətində 5.1 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 20:43-də qeydə alındığını açıqlayıb.

Zəlzələ Konyanın Meram rayonunda yerin 10,61 kilometr dərinliyində baş verib.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR