Türkiyədə bir gündə koronavirusdan 269 nəfər ölüb 

Türkiyədə bir gündə koronavirusdan 269 nəfər ölüb 
# 05 sentyabr 2021 23:10 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 269 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 279 063 nəfər test edilib, onların 19 391-nin koronavirus testi pozitiv nəticə verib, 24 289 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 97 113 297 peyvənd tətbiq edilib ki, bunun da 79,83 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR