Türkiyədə bu gün 137 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 137 nəfər COVID-19-dan həyatını itirib
# 30 may 2021 02:11 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 137 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 min 613 nəfər test edilib, onların 7 min 656-nın koronavirus testi pozitiv nəticə verib, 11 min 180 nəfər sağalıb, min 391 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 271 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 235 min 978 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 94 min 279 nəfəri müalicə olunaraq evə buraxılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR