Türkiyədə bu gün COVID-19-dan 166 nəfər həyatını itirib

Türkiyədə bu gün COVID-19-dan 166 nəfər həyatını itirib
# 26 may 2021 22:20 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 166 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 221 min 214 nəfər test edilib, onların 8 min 738-nin koronavirus testi pozitiv nəticə verib, 12 min 205 nəfər sağalıb, min 561 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 46 min 787 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 212 min 123 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 57 min 713 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR