Türkiyədə bu gün COVID-19-dan 203 nəfər həyatını itirib

Türkiyədə bu gün COVID-19-dan 203 nəfər həyatını itirib
# 18 may 2021 23:34 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 217 min 276 nəfər test edilib, onların 11 min 937-nin koronavirus testi pozitiv nəticə verib, 10 min 125 nəfər sağalıb, 2 min 232 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 45 min 186 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 139 min 485 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 971 min 245 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR