Türkiyədə bu gün COVID-19-dan 236 nəfər həyatını itirib

Türkiyədə bu gün COVID-19-dan  236 nəfər həyatını itirib
# 15 may 2021 22:22 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 236 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 204 min 637 nəfər test edilib, onlardan 11 min 472-nin koronavirus testi pozitiv nəticə verib, 38 min 814 nəfər sağalıb, 2 min 563 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 537 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 106 min 862 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 932 min 838 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR