Türkiyədə bu gün koronavirusdan 187 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 187 nəfər ölüb
# 06 dekabr 2021 22:12 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 354 269 nəfərin test edildiyi, 20 033 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 611 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci,ikinci və üçüncü mərhələ daxil 121 042 428 peyvənd tətbiq edilib ki, bunun 90,86 faizi birinci, 81,68 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR