Türkiyədə bu gün koronavirusdan 194 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 194 nəfər ölüb
# 04 oktyabr 2021 01:24 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 194 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 348 462 nəfər test edilib, onların 27 351-nın koronavirus testi pozitiv nəticə verib, 22 004 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 110 333 793 peyvənd tətbiq edilib ki, bunun 87,06 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR