Türkiyədə bu gün koronavirusdan 198 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 198 nəfər ölüb
# 22 oktyabr 2021 00:20 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 213 nəfər test edilib, onların 28 465-nin koronavirus testi pozitiv nəticə verib, 29 160 nəfər sağalıb.

Nazirliyin məlumatına görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 114 807 774 peyvənd tətbiq edilib ki, bunun 88,71 faizi birinci, 77,04 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR