Türkiyədə bu gün koronavirusdan 201 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 201 nəfər ölüb
# 26 noyabr 2021 23:00 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 201 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 229 nəfər test edilib, onların 24 002-nin koronavirus testi pozitiv nəticə verib, 25 341 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 987 705 peyvənd tətbiq edilib ki, bunun 90,50 faizi birinci, 81,03 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR