Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 326 nəfər test edilib, onların 27 474-nün koronavirus testi pozitiv nəticə verib, 30 584 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 117 311 720 peyvənd tətbiq edilib ki, bunun 89,59 faizi birinci, 79,19 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.