Türkiyədə bu gün koronavirusdan 228 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 228 nəfər ölüb
# 05 dekabr 2021 00:28 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 228 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 035 nəfər test edilib, onların 20 374-nün koronavirus testi pozitiv nəticə verib, 19 463 nəfər sağalıb.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci,ikinci və üçüncü mərhələ daxil 120 857 540 peyvənd tətbiq edilib ki, bunun 90,80 faizi birinci, 81,57 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR