Türkiyədə bu gün koronavirusdan 230 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 230 nəfər ölüb
# 24 avqust 2021 23:52 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 230 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 293 037 nəfər test edilib, onların 19 191-nin koronavirus testi pozitiv nəticə verib, 15 373 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 90 405 737 peyvənd tətbiq edilib ki, bunun 75,16 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR