Türkiyədə bu gün koronavirusdan 245 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 245 nəfər ölüb
# 30 avqust 2021 21:43 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 245 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 283 250 nəfər test edilib, onların 19 557-nin koronavirus testi pozitiv nəticə verib, 13 401 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 93 318 338 peyvənd tətbiq edilib ki, bunun 77,2 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR