Türkiyədə bu gün koronavirusdan 274 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 274 nəfər ölüb
# 07 sentyabr 2021 21:18 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 274 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 304 864 nəfər test edilib, onların 23 638-nin koronavirus testi pozitiv nəticə verib, 34 402 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 98 828 646 peyvənd tətbiq edilib ki, bunun 81,08 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR