Türkiyədə bu gün koronavirusdan 50 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 50 nəfər ölüb
# 19 iyul 2021 21:54 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 50 nəfər həyatını itirib.  
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 min 513 nəfər test edilib, onların 7 min 767-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 152 nəfər sağalıb. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca keçən həftə ilə müqayisədə ölkədə COVİD-19-a yoluxma sayının 30 faiz artdığını vurğulayıb.
Nazirin  covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 63 milyon 680 min 206 peyvənd tətbiq edildiyi qeyd olunub.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR