Türkiyədə bu gün koronavirusdan 52 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 52 nəfər ölüb
# 27 iyun 2021 21:01 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 52 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 215 min 294 nəfər test edilib, onların 4 min 883-nün koronavirus testi pozitiv nəticə verib, 5 min 937 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 736 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 min 576 nəfər ölüb.

Türkiyədə indiyədək 5 milyon 409 min 27 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 275 min 231 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR