Türkiyədə bu gün koronavirusdan 52 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 52 nəfər ölüb
# 07 iyul 2021 23:12 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 52 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 225 min 253 nəfər test edilib, onların 5 min 160-nın koronavirus testi pozitiv nəticə verib, 4 min 636 nəfər sağalıb.

Nazirlik covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil, 55 milyon 349 min 378 peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR