Türkiyədə bu gün koronavirusdan 60 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 60 nəfər ölüb
# 23 iyul 2021 21:22 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 60 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 219 min 528 nəfər test edilib, onların 11 min 94-nün koronavirus testi pozitiv nəticə verib, 5 min 215 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 645 milyon 50 min 204 peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR