Türkiyədə COVID-19-a qarşı tətbiq edilən peyvəndlərin sayı 50 milyon dozanı ötüb

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 01 iyul 2021 13:05 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq edilən peyvəndlərin sayı 50 milyon dozanı ötüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib.

“Güclü səhiyyə sistemimiz, tibb işçilərimizin səyi və millətimizin həssaslığı nəticəsində yaxın vaxtda istehsal olunacaq “TURKOVAC” vaksini ilə koronavirusa qarşı mübarizəmizi daha güclü şəkildə davam etdirəcək və Türkiyəni daha sağlam gələcəyə aparacağıq”, - deyə Türkiyə Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR