Türkiyədə COVID-19 əleyhinə 26,5 milyon peyvəndləmə aparılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 19 may 2021 22:06 (UTC +04:00)

“Türkiyədə 11,5 milyonu II doza olmaqla ümumilikdə 26,5 milyon peyvəndləmə aparılıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü anma, Gənclik və İdman bayramı ilə əlaqədar gənclərlə görüşündə onların suallarını cavablandırarkən bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyədən yaşı 65-dən yuxarı olanların peyvəndləmə prosesi başa çatmaqdadır, səhiyyə işçilərinə tamamilə, müəllimlərin isə üçdə birinə COVID-19 əleyhinə vaksin tətbiq olunub.
Türkiyə Prezidenti deyib ki, hazırda ölkəyə peyvənd idxalında Almaniya və Rusiya ilə danışıqlar davam etdirilir.
R.T.Ərdoğan yeni növ koronavirusa mübarizə şərtləri çərçivəsində ölkəsinə turist cəlb olunması istiqamətində işlərin davam etdiyini vurğulayıb. Bununla əlaqədar Türkiyənin Mədəniyyət və Turizm nazirinin dünən heyətlə Rusiyada səfərdə olduğunu, bu istiqamətdə Almaniya və İngiltərə ilə danışıqların aparıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR