Türkiyədə son sutkada koronavirusdan 91 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 91 nəfər ölüb
# 07 iyun 2021 21:10 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 91 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218  min 164 nəfər test edilib, onların 5 min 647-nin koronavirus testi pozitiv nəticə verib, 6 min 576 nəfər sağalıb, min 60 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. 

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 255 nəfər ölüb.  

Türkiyədə indiyədək 5 miyon 293 min 627 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 167 min 350 nəfəri müalicə  olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR