Türkiyədə turizm bölgəsində meşədə yanğın olub, ölən və yaralananlar var - FOTO

meşə yanğını, Türkiyənin Marmaris rayonu

© APA | meşə yanğını, Türkiyənin Marmaris rayonu

# 27 iyun 2021 15:01 (UTC +04:00)

Türkiyədə Muğlanın Marmaris rayonunda meşə sahəsində yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, turizm bölgəsi olan əraziyə yanğınsöndürənlər göndərilib.

Muğla Meşə Baş İdarəsindən bildirilib ki, yanğının söndürülməsində iştirak edən İdarənin əməkdaşlarından biri həyatını itirib, 3 yanğınsöndürən yaralanıb.

Muğla valisi Orhan Tavlı saat 10.35 radələrində başlayan və hələ də davam edən yanğının söndürülməsinə küləkli hava şəraitinin mane olduğunu, yanğınsöndürmə əməliyyatına ətraf rayonlardan əlavə qüvvələr, o cümlədən 10 helikopter cəlb edildiyinin bildirib.
Vali hazırda yanğının nəzarət altına alındığını da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR