Türkiyədə yanğınla bağlı İstilik Elektrik Stansiyasının ərazisindəki 7 məhəllənin köçürülməsinə başlanıb

Türkiyədə yanğınla bağlı İstilik Elektrik Stansiyasının ərazisindəki 7 məhəllənin köçürülməsinə başlanıb
# 05 avqust 2021 01:30 (UTC +04:00)

Türkiyədə Milas rayonununda yanğın Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə keçdikdən sonra ərazidəki 7 məhəllənin köçürülməsinə başlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Milli Müdafiə Nazirliyinin dəniz qüvvələri komandanlığının gəmisi əhalinin köçürülməsi və yanğının söndürülməsi üçün fəaliyyətlərə başlayıb.

Öncədən təhlükəsizlik tədbirləri görülərək stansiyadakı hidrogen dolu tankerlər boşaldılıb, yerinə su qoyulduğu üçün partlayış təhlükəsi gözlənilmir, amma yanğından İES binasının və ətraf mühitin zərər görəcəyi bildiriir.

Qeyd edək ki, Kemerköy İES-dən başqa ərazidə Yeniköy İES də var

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR