Türkiyənin 324 vətəndaşı Əfqanıstandan təxliyə edilib

Kabil Beynəlxalq Hava Limanı

© APA | Kabil Beynəlxalq Hava Limanı

# 16 avqust 2021 18:20 (UTC +04:00)

Türkiyənin 324 vətəndaşı bu gün Kabildən təxliyə edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türk Hava Yollarına (THY) məxsus təyyarə bu gün səhər saatlarında Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanından Türkiyə vətəndaşlarını götürüb.

Türkiyə Xarici İşlər Nazirliyinin koordinasiyası ilə THY-yə məxsus təyyarə yerli vaxtla 16.45-də İstanbul Hava imanına eniş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR