Türkiyənin Əfqanıstandakı səfirliyi yenidən Kabildəki binasında  fəaliyyətə başlayıb

Türkiyənin Əfqanıstandakı səfirliyi yenidən Kabildəki binasında  fəaliyyətə başlayıb
# 29 avqust 2021 16:12 (UTC +04:00)

Türkiyənin Əfqanıstandakı səfirliyinin əməkdaşları avqustun 28-də Kabil Hava Limanından səfirliyin şəhərdəki binasına qayıdıblar.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə səfirliyinin əməkdaşları iki həftə əvvəl Kabildəki səfirlik binasından evakuasiya edilmiş və müvəqqəti olaraq Kabil Hava Limanında fəaliyyətə başlamışdı.

R. T. Ərdoğan hazırda səfirliyin Kabildə fəaliyyətini davam etdirdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR