Türkiyənin məşhur aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib

Kadir İnanır

© APA | Kadir İnanır

# 20 noyabr 2021 23:40 (UTC +04:00)

Muğlada qəfil xəstələnən Türkiyənin məşhur aktyoru Kadir İnanır Dənizlidəki Pamukkale Universitetinin Xəstəxanasına yerləşdirilib.

APA NTV-yə istinadən xəbər verir ki, aktyorun həyati təhlükəsi olmadığı və nəzarət məqsədilə reanimasiya şöbəsinə aparıldığı bildirlib.

“Vəziyyəti yaxşıdır, müayinələri davam edir, bir müddət burada müalicə olunacaq”, xəstəxanadan verilən açıqlamada belə deyilib.

Qeyd edilib ki, müayinə zamanı məlum olub ki, Kadir İnanırın beyin damarında laxtalanma yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR