“Twitter” “Taliban” sözçüsü Mücahidin səhifəsinə girişi müvəqqəti olaraq məhdudlaşdırıb

Zabihulla Mücahid

© APA | Zabihulla Mücahid

# 04 oktyabr 2021 08:22 (UTC +04:00)

“Twitter” mikrobloqlar şəbəkəsi Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahidin səhifəsinə girişi müvəqqəti olaraq məhdudlaşdırıb

APA xəbər verir ki, bu barədə yerli “Salam Watandar” radiosu məlumat yayıb.

Mücahidin qohumları hesaba girişdəki məhdudiyyətin Mucahidin bazar günü günorta saatlarında Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayışın təfərrüatlarını səhifəsində yerləşdirdikdən sonra ortaya çıxdığını bildiriblər.

Qeyd edək ki, Mücahidin “Twitter” səhifəsində, bir qayda olaraq, “Taliban”ın həm Əfqanıstandakı vəziyyət, həm də xariclə əlaqələrinə dair bütün rəsmi əmr və bəyanatları yer alırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR