ÜST Çinə “malyariya olmayan ölkə” sertifikatını təqdim edib

ÜST Çinə “malyariya olmayan ölkə” sertifikatını təqdim edib
# 30 iyun 2021 07:12 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Çinə "malyariya olmayan ölkə” statusunu təsdiqləyən sertifikat təqdim edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 70 illik səylərdən sonra Çin malyariya ilə mübarizədə qalib gəlib.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus da öz növbəsində Çinin əziyyətini qiymətləndirərək buna zəhmətlə müvəffəq olduğunu vurğulayıb.

Qeyd edək ki, son 30 ildə Çin Qərbi Sakit Okean bölgəsində sözügedən sertifikatı alan ilk ölkədir.

İndiyədək ümumilikdə 40 ölkə ÜST-ün müvafiq sertifikatına sahib olub.

Son dövrlərdə El Salvador (2021), Argentina (2019) və Özbəkistan (2018) bu sənədi ala bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR