Venesuela prezidenti İrana səfər edəcək

Venesuela prezidenti Nikolas Maduro

© APA | Venesuela prezidenti Nikolas Maduro

# 18 oktyabr 2021 14:23 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro yaxın zamanlarda İrana rəsmi səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda Venesuelanın xarici işlər naziri Fliks Plasensiya ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

H. Abdullahiyanın sözlərinə görə, bu səfər çərçivəsində İranla Venesuela arasında 20 illik əməkdaşlıq üçün yol xəritəsi sənədi imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR