Vyetnamda parlament seçkiləri keçirilir

Vyetnamda parlament seçkiləri keçirilir
# 23 may 2021 09:36 (UTC +04:00)

Bu gün Vyetnamda parlament seçkiləri keçirilir.

APA TASS agentliyinə istinadən bildirir ki, ölkədə səs vermək hüququ olan 18 yaşından yuxarı 69 milyondan çox vətəndaş Vyetnam Sosialist Respublikası (SRV) Konstitusiyasına uyğun olaraq birpalatalı Milli Məclisə (Parlamentə) millət vəkilini seçəcək.

Səsvermə yerli vaxtla 07: 00-dan başlayıb. Vyetnamın 63 əyalət və şəhərdə 84.767 seçki məntəqəsi yaradılıb.

Seçiləcək deputatların 2021-ci ildən 2026-dək səlahiyyət müddəti var. Milli Məclisin 500 millət vəkili mandatı uğrunda 866 nəfər mübarizə aparır.

Bunların arasında 207 namizəd mərkəzi orqanlar tərəfindən, 133 deputat mandatı namizədi isə Milli Məclisin tərkibindəki strukturlar tərəfindən irəli sürülüb. Milli Məclisin deputatlarından əlavə, Vyetnam Sosialist Respublikası vətəndaşları, vilayət, rayon və icma səviyyələrindəki Xalq Şuralarına yerli idarəetmə funksiyalarını yerinə yetirən 3727 millət vəkili də namizədliyini verib.

Seçkinin nəticəsinin 2 və 12 iyun tarixlərində açıqlanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR