XİN rəhbəri: “Türkiyə Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 28 oktyabr 2021 11:31 (UTC +04:00)

“Çox güman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Qlazqoda görüşəcəklər”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, ABŞ haqsız şəkildə Türkiyəni F-35 proqramından çıxarıb, buna səbəb kimi isə Rusiyadan S-400-lərin alınması göstərilib.

XİN rəhbəri xatırladıb ki, Türkiyə F-35-lərin alınması üçün 1,4 milyard dollar ödəniş edib.

M. Çavuşoğlu qeyd edib ki, əgər ABŞ Türkiyəyə qırıcı təyyarələri satmasa, Konqres bu işə əngəl törədərsə, Rusiyadan Su-35 və Su-57-lər alına bilər.

“Türkiyə heç vaxt çarəsiz qalmayıb. Alternativlərimiz var”, - türkiyəli nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR