Yapon şahzadəsi Makonun tələbə yoldaşı ilə evlənəcəyi tarix açıqlanıb - FOTO

Yapon şahzadəsi Makonun tələbə yoldaşı ilə evlənəcəyi tarix açıqlanıb - FOTO
# 26 oktyabr 2021 05:10 (UTC +04:00)

Taxtının varisi Şahzadə Akişinonun qızı və imperator Naruhitonun qardaşı qızı Yapon şahzadəsi Mako çərşənbə axşamı tələbə yoldaşı Kei Komuro ilə evlənəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu münasibətlə heç bir mərasim olmayacaq. Nikah Tokio bələdiyyələrindən birində İmperator Administrasiyasının nümayəndəsi tərəfindən qeydə alınacaq.

Bundan sonra yeni evlənənlər mətbuat nümayəndələri ilə görüşəcək. Lakin jurnalistlərin əvvəlcədən verilən suallarına yazılı cavab veriləcək. Bu format şahzadənin toyla bağlı stress keçirməməsi məqsədilə seçilib.

Toydan əvvəl Mako valideynlərinə (Akişino və Şahzadə Kiko), həmçinin, babası və nənəsinə (keçmiş İmperator Akihito və onun həyat yoldaşı Mitiko) baş çəkib.

Qeyd edək ki, bu görüş vida xarakteri daşıyır, çünki evləndikdən sonra Mako imperator ailəsini tərk edir və Yaponiyanın adi vətəndaşına çevrilir.

Xatırladaq ki, şahzadə və tələbə yoldaşı Komuronun toyu əvvəlcə 2018-ci ilin noyabrına planlaşdırılmışdı. Lakin Komuronun ailəsindəki bir sıra maliyyə hesabatları ilə bağlı yaranmış mübahisələr toyun təxirə salınmasına səbəb olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR