Yaponiya 10 Afrika ölkəsindən gələnlərə qadağa qoyub

Yaponiya 10 Afrika ölkəsindən gələnlərə qadağa qoyub
# 02 dekabr 2021 03:04 (UTC +04:00)

“Omicron” ştamının yayılması ilə əlaqədar Yaponiya bir neçə Afrika ölkəsindən gələnlərin ölkəyə girişinə tam qadağa qoyub.

APA-nın xəbərinə görə, yeni qərar CAR, Anqola, Botsvana da daxil olmaqla, 10 ölkədən gələn şəxslərə şamil edilir. Qeyd olunan regiondan gələn Yaponiya vətəndaşları isə 2 həftə karantində qalmalı olacaqlar. Yeni qaydalar dekabrın 2-dən qüvvəyə minib. Ümumilikdə, Yaponiya 48 ölkə ilə bağlı gücləndirilmiş sərhəd nəzarəti tətbiq edib. Bu ölkələrdən 27-si siyahıya “omicron” ştamı ilə əlaqədar salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR