Yaponiya sahillərində iki yük gəmisi toqquşub, 3 heyət üzvü itkin düşüb

Yaponiya sahillərində iki yük gəmisi toqquşub, 3 heyət üzvü itkin düşüb
# 28 may 2021 08:20 (UTC +04:00)

Yaponiyanın “Byakko” yük gəmisi ilə Marşal Adalarında qeydiyyatda olan kiçikhəcimli, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulmuş “ULSAN PIONEER” tankeri toqquşub.

APA Yaponiyanın “NHK” telekanalına istinadən xəbər verir ki, hadisə Yaponiyanın Şikoku adasının sahillərində baş verib.

Toqquşma nəticəsində yapon gəmisi aşıb. 12 heyət üzvündən 9-u xilas edilib. Üç dənizçinin itkin düşdüyü bildirilir. 10-dan çox sahil mühafizə gəmisi onların axtarışına cəlb edilib.

Göyərtəsində Cənubi Koreya və Myanmardan 13 dənizçinin olduğu "ULSAN PIONEER" tankeri ciddi ziyan görməyib. Toqquşmadan sonra gəmidə olan kimyəvi maddələrdən heç bir sızma müşahidə edilməyib. Gəmi Çinin Nankingi şəhərindən Yaponiyanın Osaka şəhərinə doğru hərəkət edirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR