Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB
# 11 iyul 2021 16:48 (UTC +04:00)

Yaponiyada iyulun 4-də baş verən torpaq sürüşməsindən sonra ölənlərin sayı artıb.

APA bildirir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, Atami şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak olub.

18 nəfər hələ də itkin düşmüş sayılır.

4 iyul 07:13

Ötən gün Yaponiyanın Atami şəhərində torpaq sürüşməsi baş verib.

APA NHK telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində, təxminən 80 ev dağılıb, 2 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Bu rəqəmlərin artacağı istisna edilmir.

Təxminən 2 km ərazidə axtarış əməliyyatlarına başlanılıb. Evlərin dağıntıları altından, təxminən 19 nəfər tapdılıb.

100-300 aralığında evlər müxtəlif dərəcədə zədələnib.

Sürüşməyə səbəb kimi Yaponiyanın mərkəzi və şərq bölgələrinə düşən güclü leysan yağışları göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR