Yaponiyada vulkan püskürüb

Yaponiyada vulkan püskürüb
# 23 iyun 2021 00:26 (UTC +04:00)

Yaponiyanın cənub-qərbindəki Suvanose adasında vulkan püskürüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, meteoroloqlar vulkanla əlaqədar bölgədə beşballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi yaradıblar. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq olmaz.

Vulkan nəticəsində adada xəsarət alanların olub-olmaması və dağıntılar barədə məlumat verilmir. Hazırda burada təxminən 80 nəfərin yaşadığı deyilir, ancaq kəndin özü vulkandan 4 km uzaqlıqdadır. Sonuncu dəfə burada vulkan püskürməsi 31 martda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR