Yaponiyada yeni quş qripi epidemiyası aşkarlanıb

Yaponiyada yeni quş qripi epidemiyası aşkarlanıb
# 13 noyabr 2021 07:12 (UTC +04:00)

Yaponiyanın Kaqosima prefekturasında yeni quş qripi epidemiyası baş verib.

APA Kyodo agentliyinə istinadən xəbər verir ki, aşkar edilmiş bir neçə ölü toyuğun genetik analizləri quş qripinin yüksək patogen H5 ştamının olduğunu təsdiqləyib.

Quşçuluq təsərrüfatında 38,5 min quş məhv ediləcək. Ümumilikdə bu rəqəmin 143 minə çatacağı bildirilir.

Təsərrüfat ətrafında xəstəlik ocaqlarının aşkar olunduğu üç kilometrlik zonada toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib, 10 kilometrlik zonadan kənara toyuq və yumurtaların ixracı qadağan edilib.

Qeyd edək ki, bu, Yaponiyada cari mövsümdə ikinci epidemiyadır. Birinci epidemiya bu həftə ölkənin şimalında, Akita prefekturasında meydana gəlib.

Ötən ilin payızından 50-dən çox quşçuluq təsərrüfatında 10 milyona yaxın toyuq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR