Yaponiyada Yoşihide Suqanın rəhbərlik etdiyi hökumət istefa verib

Yoşihide Suqa

© APA | Yoşihide Suqa

# 04 oktyabr 2021 06:14 (UTC +04:00)

Yaponiyanın Baş naziri Yoşihide Suqanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.

APA xəbər verir ki, bu barədə Yaponiya hökumət başçısının ofisi məlumat yayıb.

Yeni hökumətin qurulmasından bir neçə saat əvvəl Nazirlər Kabinetinin növbədənkənar iclasında Baş nazir Suqa bütün hökumət üzvlərindən istefa ərizələrini qəbul edib.

Yaponiya Parlamenti tezliklə yeni baş naziri seçəcək. Yeni baş nazir postuna hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida namizəd göstərilib.

Qeyd edək ki, xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişi yeni kabinetdə də öz vəzifələrini icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR