Yaponiyanın Baş naziri: “Kuril adaları problemini gələcək nəsillərə ötürmədən həll etməliyik”

Fumio Kişida

© APA | Fumio Kişida

# 12 oktyabr 2021 10:52 (UTC +04:00)

“Kuril adaları ilə bağlı məsələni gələcək nəsillərə ötürmədən həll etməliyik”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın Baş naziri Fumio Kişida parlamentin aşağı palatasında müzakirələr zamanı deyib.

“Ölkəmizin suverenliyi şimal ərazilərinə qədər uzanır (Yaponiyada Kuril adalarının cənub hissəsi belə adlandırılır-red.). Biz bu məsələni gələcək nəsillərə ötürmədən həll etməliyik. Hökumət bu adalarla bağlı mülkiyyət problemini həll edərək Rusiya ilə sülh müqaviləsi bağlamaq əzmindədir”, - deyə Baş nazir vurğulayıb.

F. Kişida əvvəlki razılaşmalara əsaslanaraq, bu mövzu ilə bağlı Moskva ilə danışıqlara hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR