Yaponiyanın xarici işlər naziri Türkiyəyə səfər edib

Motegi Toshimitsu, Mövlud Çavuşoğlu

© APA | Motegi Toshimitsu, Mövlud Çavuşoğlu

# 20 avqust 2021 13:44 (UTC +04:00)

Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu Türkiyəyə səfər edib.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Motegi Toshimitsu İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Avqustun 21-dək Türkiyədə səfərdə olacaq yaponiyalı nazirin keçirəcəyi görüşlərdə Yaponiya-Türkiyə ikitərəfli münasibətləri, eyni zamanda, aktual regional və beynəlxalq problemlər müzakirə ediləcək.

Səfər çərçivəsində Yaponiyanın xarici işlər nazirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR