Yəmən sahillərində 150-dən çox miqrantın cəsədi tapılıb

Yəmən sahillərində 150-dən çox miqrantın cəsədi tapılıb
# 14 iyun 2021 16:50 (UTC +04:00)

Miqrantların olduğu qayığın batması nəticəsində ölənlərin 150-dən çoxunun cəsədi Yəmən sahillərində tapılıb.

APA-nın xəbərinə görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Daha öncə "Asharq Əl Avsat" qəzeti Afrikadan olan 25 qeyi-qanuni miqrantın meydinin tapılması barədə xəbər yayıb.

"Sky News Arabia" telekanalı göyərtəsində 250-dən çox miqrantın olduğu gəminin Yəmən sahillərində batdığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR