Yəməndə münaqişə 377 000 nəfərin ölümünə səbəb olub

Yəməndə münaqişə 377 000 nəfərin ölümünə səbəb olub
# 24 noyabr 2021 06:24 (UTC +04:00)

Yəməndə 7 ildir davam edən münaqişə 377 000 nəfərin ölümünə səbəb olub.

APA-nın xəbərinə görə, bu məlumat BMT-nin son hesabatında yer alır.

Sənəddə göstərilir ki, ölənlərin 60%-i, başqa sözlə 227 000 nəfər münaqişənin bilavasitə zərərinin qurbanıdır. Burada ərzaq, içməli su və dərman çatışmazlığı nəzərdə tutulur. Birbaşa döyüş itkiləri 150 000 nəfər təşkil edir.

Münaqişənin bilavasitə zərərlərindən ən çox uşaqlar və qadınlar əziyyət çəkirlər. Hər 9 dəqiqədə 1 yəmənli uşaq müharibənin gətirdiyi məhrumiyyətlərin qurbanı olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR