Yəməndə törədilən terror aktı nəticəsində 3 polis zabiti ölüb

Yəməndə törədilən terror aktı nəticəsində 3 polis zabiti ölüb
# 12 oktyabr 2021 07:18 (UTC +04:00)

Yəmənin şərqində törədilən terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 3 zabiti öldüb.

APA “Saba” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Hadisə Səna şəhərindən 700 km aralıda yerləşən Hadramaut əyalətinin Seiyun şəhərində baş verib.

Terrorçular polis məmurlarının maşınına kustar üsulla hazırlanan partlayıcı yerləşdirib. Polis zabitləri avtomobilə minəndə məsafədən partladılıb.

Hazırda cinayətkarların axtarışı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR