Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub

Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub
# 22 oktyabr 2021 05:44 (UTC +04:00)

Cümə günü Yeni Zelandiyanın iki ən böyük adası ərazisində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə “Radio New Zealand” məlumat yayıb.

Əvvəlcə zəlzələnin gücü 5,4 maqnitudada qiymətləndirilib, lakin sonradan artıb. Yeraltı təkanların episentri Şimal adasının mərkəzi hissəsində yerləşib.

Ocağı 207 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR