Yeni Zelandiyada İŞİD tərəfdarı marketdə 6 nəfəri bıçaqlayıb

Yeni Zelandiyada İŞİD tərəfdarı marketdə 6 nəfəri bıçaqlayıb
# 03 sentyabr 2021 11:05 (UTC +04:00)

Bu gün səhər Yeni Zelandiyanın Oklend şəhərində bıçaqla silahlanmış kişi marketdəki insanlara hücum edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs polis tərəfindən vurularaq öldürülüb.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib. Baş nazirin sözlərinə görə, marketdə insanlara bıçaqla hücum edən şəxs tək olub və o, İŞİD terror təşkilatının ideologiyasına tərəfdar olub.

Cinayətkarın əslən Şri-Lankadan olduğu, 2011-ci ildə Yeni Zelandiyaya gəldiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR