Yeni Zelandiyada terror aktı nəticəsində 7 nəfər yaralanıb

Yeni Zelandiyada terror aktı nəticəsində 7 nəfər yaralanıb
# 04 sentyabr 2021 08:33 (UTC +04:00)

“Yeni Zelandiyanın Oklend şəhərində baş verən terror aktı nəticəsində 7 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır”.

APA xəbər verir ki, bunu ölkənin Baş nazir Jasinda Ardern “YouTube” kanalında yayımlanan çıxışı zamanı deyib.

Hadisə şəhərdəki supermarketlərdən birində baş verib. Silahlı şəxs insanlara hücum edərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib. Polis həmin şəxsi güllələyə bilib.

Baş nazir hücumu terror aktı adlandırıb və 7 yaralının olduğunu açıqlayıb: “Dünən 7 nəfər yaralandı. Onlardan beşi xəstəxanadadır, üçünün vəziyyəti ağırdır. Təcavüzkar səlahiyyətlilərə məlum idi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altında idi, lakin əvvəllər hücum etməzdən əvvəl həbs olunmasına imkan verəcək heç bir cinayət əməli törətməmişdi”.

Polis Komissarı Andryu Koster zərərçəkənlər arasında heç bir polis məmurunun olmadığını, müştərilərin yaralandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR