Yunanıstanda koronavirusla bağlı məhdudiyyətlərin miqyası genişlənir

Yunanıstanda koronavirusla bağlı məhdudiyyətlərin miqyası genişlənir
# 19 noyabr 2021 23:43 (UTC +04:00)

Peyvəndləmə tempinin digər Avropa ölkələrindən aşağı olduğu Yunanıstanda vaksinasiya kursu keçməmiş vətəndaşlarla bağlı məhdudiyyətlər sərtləşdirilir.

APA-nın xəbərinə görə, bazar ertəsindən etibarən bu şəxslərin restoran, teatr, kinoteatr, muzey və idman zallarına girişi qadağan ediləcək.

Baş nazir Kiriakos Mitsotakis hər kəsi peyvənd olunmağa çağırıb. Hökumət başçısı reanimasiyada hər 10 pasiyentdən 9-nun peyvənd vurdurmamış şəxslər olduğuna diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR