Atletika üzrə dünya çempionatının vaxtı dəyişdirilir

Atletika üzrə dünya çempionatının vaxtı dəyişdirilir
# 24 mart 2020 13:47 (UTC +04:00)

Beynəlxalq Atletika Federasiyası (World Athletics) 2021-ci ildə keçiriləcək dünya çempionatının vaxtını dəyişməyə hazır olduğunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınma ehtimalı səbəb olub.

Dördilliyin ən mötəbər idman yarışı koronavirus pandemiyası üzündən bir il sonraya keçirilsə, ABŞ-ın Yudjin şəhərindəki dünya çempionatının vaxtı dəyişdiriləcək. Bu yarış gələn il avqustun 6-15-də təşkil olunmalıdır.

World Athletics artıq bu məsələni dünya çempionatının Təşkilat Komitəsi ilə də müzakirə edib. Tərəflər Olimpiadanın gələn ilə keçiriləcəyi halda mundialın vaxtını dəyişmək üçün lazım olan tədbirlərə hazırlıqlara start veriblər. Söhbət yarışın sponsor, tərəfdaş və digər maraqlı tərəfləri ilə ilkin razılaşmalardan gedir.

Qeyd edək ki, atletika üzrə dünya çempionatı iki ildən bir təşkil olunur. Sonuncu mundial 2017-ci ildə Qətərin paytaxtı Dohada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR